Oxşar xəbərlər
Xaçmaz rayonunda qətl hadisəsi baş verib. Xaçmaz rayon Prokurorluğundan Teleqaraf.com-a verilən məlumata görə, hadisə rayonun Ləcət kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü İlkin Tağıyev naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Onun hansı səbəbdən və kim tərəfindən öldürüldüyü məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov