Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Sayad kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Nazim Şahbazov yaşadığı evdə özünü asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Gəncin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov