Abşeron rayonunda marketə basqın edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Digah qəsəbəsində yerləşən “Nicat” marketdən quldurluq yolu ilə 5000 manat aparan şəxslər müəyyən edilib.
Keçirilən əməliyyat nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Emin Rəsulov, Mirağa Abbasov, Samir Abdullayev və onun qardaşı Elvin tutulublar.
Xatırladaq ki, bir müddət öncə sözügedən dəstə Abşeron rayon Digah qəsəbəsində “Nicat” mağazasına silahlı basqın təşkil ediblər. İdman papaqlarından istifadə etməklə maskalanan cinayətkar qrup üzvləri marketin mühafizəçiləri Zaur Həsənov və Xəyal Rüstəmova xəsarət yetiriblər, daha sonra isə mağazanın satıcıları Şahanə Dostuyeva və Rəvanə Məmmədovanı soyuq silahla təhdid edərək, kassada olan 6 min manat pulu oğurlayıb aparıblar.
Hacı Zeynalov