3 May 2014 12:35
14 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alveri ilə məşğul olan 27 yaşlı qızın başçılıq etdiyi mütəşəkkil dəstə ifşa edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Ceyran Ələddin qızı həbs edilib.

Müəyyən edilib ki, Ceyran Məmmədova bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycandan olan qadınları Türkiyə Respublikasına aparıblar. Onlar azərbaycanlı qadınları Türkiyədə ayrı-ayrı otellərdə cinsi istismara məruz qoymaları müəyyən olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: