Bakının Nizami rayonunda oğurluq edən mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Çevik Polis Alayı və Nizami rayon Polis İdarəsini 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Afaq Sadıxovaya məxsus avtomobildən 75 manat, videokamera və eynək oğurlamış Goranboy rayon sakini Elmin Əliyev və Şərur rayon sakini Namiq Babayev tutulublar.
Hacı Zeynalov