16 Oktyabr 2014 15:15
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi və Nizami rayonlarında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

Məlumata görə, oktyabrın 15-də saat 08 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Samirə İmanova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Səltənət Şirinova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hər iki faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: