3 May 2014 12:44
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan rayon Polis Şöbəsi əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Marışlı kənd sakini Gülməmməd Ələsgərov həbs edilib.

Gülməmməd Ələsgərovdan 6,644 qram, evinə baxış zamanı isə 1 kiloqram 16,995 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Gülməmməd Ələsgərov əvvəllər məhkum olunub.

Hacı Zeynalov


Müəllif: