Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirməkdə ittiham olunan 1982-ci il təvəllüdlü Amil Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Amil Mahmudov Suraxanı rayonunda yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Samirə Cəfərovanın ondan icazəsiz mağazaya getdiyinə görə irad bildirib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Amil Mahmudov Samirə Cəfərovanı döyüb, onun baş və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Amil Mahmudovun barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil Mahmudov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmədə ifadə verən tərəflər bir-birləri ilə barışdıqlarını elan ediblər. Bu səbəbdən zərərçəkmiş Amil Mahmudova cəza təyin olunmamasını istəyib. Onların iki azyaşlı uşaqlarının olmasının məhkəmədən nəzərə alınması xahiş edilib.
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Amil Mahmudovun barəsində olan cinayət işinə xitam verilib.