17 Oktyabr 2014 09:22
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Axar.az-ın əməkdaşının qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “Nazlifan” və “Jeep” markalı iki minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, “Nazlifan” markalı minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Abbasova Sevil Hümbət qızı isə hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:15-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər