Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rasim Nuriyevdən 181 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fərman Hüseynov həbs edilib. O, 0,354 qram heroini satmaq istəyərkən tutulub. Daha sonra ona narkotik maddə satan həmyerlisi Məhəmməd Süleymanov da yaxalanıb.
Daha bir əməliyyatı Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları keçirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində isə İntiqam Göyçayev üç bükümdə ümumi çəkisi 0,195 qram heroini satmaq istəyərkən tutulub.
Hacı Zeynalov