Rumıniyada 17 yaşlı lisey tələbəsi yeni doğulan körpəsini vəhşicəsinə öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rumıniyanın Gorj şəhərində tələbə olan Aleksandra Olaru yeni doğulan körpəsini boğaraq öldürüb. O, cəsəddən xilas olmaq üçün onu sobada yandırıb.
Hamiləliyini ailəsindən və dostlarından gizlədən Olaru evdə tək olanda bunu edib. 17 yaşlı qız əvvəlcə uşağı yastıqla boğub, daha sonra hadisənin ortaya çıxmaması üçün körpəsinin cəsədini sobada yandırıb. Ancaq ertəsi gün məktəbdə gənc qız etdiklərini dostlarına danışıb. Hadisənin detallarını öyrənən tələbələr olanları müəllimlərinə deyiblər. Müəllimlər tərəfindən məktəbə çağırılan polis Aleksandra Olarunu həbs edib.
Polisə hadisəni etiraf edən cani qız psixiatrik müşahidə altına alınıb. Olarunun əqli sağlamlığı yerində olduğu sübut edilsə, mühakimə olunacaq.
Rüstəm