Bakı şəhərində ağır yol qəzaları törədən sürücülər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Samirə İmanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Ford” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Elxan Əzimov tutulub.
Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Məhərrəm Əhmədlinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Daewoo” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Kənan Mirzəyev saxlanılıb.
Hacı Zeynalov