Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirlik edən Nikolay Miroşniçenkonun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 15-də Xətai rayonu ərazisindəki duracaqda dayanmış 46 saylı xətt avtobusunda Bakı şəhər sakini Esmiralda Sadıqovanın çantasından içərisində 360 manatı olan pul kisəsini oğurlanıb.
Cinayəti törədən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nikolay Miroşniçenko Çevik Polis Alayı və Xətai rayon Polis İdarəsini 34-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub. Onun daha bir neçə cibgirlik hadisəsi törətməsi məlum olub.
Nikolay Miroşniçenkovun üzərinə baxış zamanı 0,205 qram heroin aşkar edilərək götürülüb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilir.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 24-nə təyin olunub.
Hacı Zeynalov