3 May 2014 21:27
3 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, yuva rayonun Qəriblər kəndində aşkar olunub. Idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəriblər kənd sakini Nəsirağa Hüseynovun əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Keçirilmiş əməliyyat nəticəsində Nəsirağa Hüseynovun Qəriblər kənd ərazisində yerləşən “Nil bağı” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: