18 Oktyabr 2014 22:54
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonu Pirsaat qəsəbəsi ərazisində 50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.

Teleqraf.com-un məlumatına görə, nəticədə dirək avtomobilin üstünə aşıb. Hadisə zamanı avtomobil elektrik naqillərdən alovlanıb.

Hadisə nəticəsində avtomobildə olan ər-arvad yanaraq ölüb.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib. Onlar, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və 1960-cı il təvəllüdlü Abdullayeva Seyranədir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər