Nigeriyada terrorçular tərəfindən girov götürülmüş 200-dən çox məktəbli qızların oktyabrın 21-də azad ediləcəyi gözlənilir.
Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma Nigeriya hakimiyyəti və “Boko Haram” terror qruplaşması arasında əldə olunub.
“Boko Haram” qruplaşması ilə razılaşmanın əldə olunmasını Nigeriya Silahlı Qüvvələrinin baş qərargah rəisi Aleks Badex və dövlət başçısının katibi Həsən Tukur da təsdiqləyib. Nigeriyanın xüsusi xidmət orqanları isə məlumatı təsdiqləməkdən boyun qaçırıblar.