19 Oktyabr 2014 08:59
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kabardin-Balkar respublikasında yol-patrul xidmətinin polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb.

Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, paytaxt Nalçikdə qeydə alınan hadisə zamanı polis əməkdaşlarından biri ölüb, biri isə, yaralanıb.

BBC telekanalı bildirib ki, polis şübhəlilərin avtomobilini yoxlama üçün saxlayan zaman baş verib. Polis sürücünün sənədlərini yoxlamaq istəyib. Bu zaman avtomobildəki sərnişinlər polisə atəş açmağa başlayıb.

Atışma zamanı polis hücum edən şəxslərdən biri zərərsizləşdirməyi bacarıb. Lakin digər 3 nəfər isə, qaçmağa müvəffəq olublar.

Faktla bağlı istintaq başladılıb. Zorakı şəxslər axtarışa verilib.


Müəllif:

Oxşar xəbərlər