4 May 2014 11:55
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAz" markalı yük avtomobili ilə “Mersedes” markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiklərinə görə, minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı “Mersedes”in tanınmaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır. /anspress/


Müəllif: