19 Oktyabr 2014 23:48
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda meşə massivindən tapılan meyitin kimliyi müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, oktyabrın 18-də Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı cəsədin Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğluna məxsus olduğu müəyyən olunub. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Z. Xeyirov Bakı şəhərində qeydiyyatda olsa da, Xudat şəhərində qaynatasının evində yaşayıb. Lakin onun kim və yaxud kimlər tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işi açılıb. Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər