Nepalda qar fırtınası və uçqun nəticəsində ölənlərin sayı 39-a yüksəlib.Teleqraf.com-un xəbərinə görə, 300-dən çox alpinistin köməksiz qaldığı hadisədə ölənlərin sayının daha da artması ehtimalı narahatıq yaradır.
Himalay dağlarında bu həftə baş verən uçqun fəlakətindən sonra xilasetmə işləri davam edir. Alpinistlərdən daha 9 nəfərin cəsədinin tapıldığı bildirilir.
Nepalın bu günə qədər yaşadığı ən ağır alpinistlik fəlakəti olan hadisədə 289 nəfər xilas edilib. Lakin 30-a yaxın alpinistin hələ də dağda köməksiz vəziyyətdə qaldığı bildirilir.
Helikopterlərlə davam edən axtarış-xilasetmə işləri 5700 metr hündürlükdə həyata keçirilir. Xilas olunan alpinistlərin bir çoxunun bəzi əzalarının donduğu qeyd edilir. Ölən alpinistlər arasında Nepal, İsrail, Kanada, Hindistan, Slovakiya və Polşa vətəndaşları da var.