30 Noyabr 2020 15:05
710

Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Onun üzərinə baxış keçirilən zaman əlindəki qara rəngli politelen torbanın içərisindən 445 qram, narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N. Abbasov narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Qazax rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov