1 Dekabr 2020 10:33
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Saxlanıldıqdan sonra onun üzərindən əlavə olaraq 16 qram qurudulmuş marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ə.Baxşıyevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində torpağa basdırılmış şəffaf qab və kibrit qutularında ümumilikdə 569 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov