Bakının Xətai rayonunda 3-cü mərtəbədən yıxılan qadın sağ qalıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xətai rayonu ərazisində yaşayan Şəlalə Həsənova ehtiyatsızlığından yaşadığı evin eyvanından (3-cü mərtəbə) yıxılıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Hacı Zeynalov