Bakının Binəqədi rayonu ərazisində dövlət qurumuna məxsus boruları kəsən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Binəqədi OIL Compani” şirkətinə məxsus uzunluğu 180 metr olan istismar müddəti bitmiş neft borusunu kəsib oğurlamaq istəyən Bakı şəhər sakini Sərvan Muradov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində araşdırmalar aparılması üçün 4-cü polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov