Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi törədən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 15-də A.Qurban küçəsində iki nəfər naməlum şəxs, orada kirayədə yaşayan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Pavel Bardinə bıçaq xəsarəti yetirib.
Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Ərşad Qurbanov və 1998-ci il təvəllüdlü Əziz Qəribov tutulublar.
Hacı Zeynalov