20 Oktyabr 2014 15:45
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 17 yaşlı V. Y-ovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, V. Y. bu ilin mayın 6-da sabiq polis əməkdaşı Vahid Əhmədovu bıçaqlayaraq öldürüb. Hadisə rayonun 11-ci Xreptovı küçəsində yerləşən 105 saylı evdə qeydə alınıb.

Mayın 7-də Vahid Əhmədovun meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib. Məlumat alan polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. Vüqar Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxıb və həmin evdə tək yaşayırmış.

Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü V. Y. tərəfindən törədilməsi müəyyən edilib və o, həbs edilib. V.Y. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə V. Y. elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisədən əvvəl Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə edib. Onun sözlərinə görə, mübahisə zamanı Vahid Əhmədovu bıçaqlayıb. Yeniyetmə törətdiyi əməldən peşman olduğunu açıqlayıb.

Məhkəmə iclası oktyabrın 27-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər