Lənkəran sakinindən narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini A.Əsgərov saxlanılıb.
Keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd kisədə çəkisi 983 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.