21 Oktyabr 2014 00:53
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda İstiqlaliyyət küçəsində avtomobil yanıb. "Lexus" markalı 10- UA-350 dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan 2 nəfərə heç xəsarət dəyməyib.

Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Teleqraf.com-un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.


Müəllif:

Oxşar xəbərlər