21 Oktyabr 2014 08:54
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın “Vnukovo” aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.

Teleqraf.com-un məlumatıa görə, “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Bu gecə “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm”, deyə “Vnukovo” aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.

Aeroportun fəaliyyəti artıq bərpa olunub.


Müəllif:

Oxşar xəbərlər