21 Oktyabr 2014 09:09
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya federasiyası Çeçenistan respublikası Ali məhkəməsinin cinayət işi üzrə məhkəmə kollegiyası 30 yaşlı Azərbaycan vətəndaşı Fərhad Nuxova qarşı hökmü dəyişməyib.

ANS PRESS-in məlumatına görə, qəsdən adam öldürməkdə və yüksək məbləğdə oğurluq etməkdə ittiham olunan Fərhad barəsində 15 il azadlıqdan məhrum edilmək və cəzasını xüsusi rejimli koloniyada çəkmək hökmü verilib.

İttihama əsasən Fərhad qadının evində yerləşərkən onu boğaraq qətlə yetirib və sonra bir milyon rubl məbləğində əmlakı qarət edib.

Qeyd edək ki, məhkum qərarla razılaşmayıb və appelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Apellyasiya məhkəməsi isə bir daha Ali məhkəmənin qərarını dəyişilməmiş saxlayaraq ittihamçı prokurorun mövqeyini təsdiqləyib.

Hökm qanuni qüvvəyə minib.


Müəllif:

Oxşar xəbərlər