Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə dekabrın 15-də Z.Bünyadov prospektində Bakı şəhər sakini İ.Rzazədəyə zor tətbiq edilərək mobil telefonunun və gödəkçəsinin alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Z.Abbasov və əvvəllər məhkum olunmuş F.Dövlətov saxlanılıblar.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.