20 Dekabr 2020 10:20
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Qafil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə Şəki şəhəri ərazisində Qafil Məcidov idarə etdiyi 17 saylı mikroavtobusla 4 yaşlı Solmaz Alxasovanı vurub.

Azyaşlı dərhal Şəki Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin 4 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər