20 Dekabr 2020 10:53
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejimi qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücü İmran Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İslam Həsənovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanılıb.

Onun rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirdiyi və polis əməkdaşlarını aldatmağa cəhd göstərdiyi müəyyənləşib.

Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanların olduqları aşkarlanıb.

İstintaq orqanı tərəfindən İmran Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər