Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirli bilinən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Rövşən Cabbarlı tutulub.
Müəyyən edilib ki, o, avqustun 7-ə keçən gecə Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən, qəsəbə sakini Bibixanım Məmmədovaya məxsus mağazadan, kilidi sınqırılmaqla tütün məmulatları, spirtli, sərinləşdirici içkilər, danışıq kartları və kolbasa məmulatları, sentyabrın 20-də yenə həmin mağazadan arxa qapını sındırmaqla tütün məmulatı, spirtli içkilər, danışıq kartları və ərzaq məhsulları, avqustun 9-na keçən gecə Hövsan qəsəbəsinin O.Şabanov küçəsində qəsəbə sakini Sücaət Cəlilova məxsus marketdən damı sökmək yolu ilə kassadan 400 manat pul və ödəniş aparatı, oktyabrın 2-nə keçən gecə Hövsan qəsəbəsi Zeytun sovxozunda Fuad Abbasova məxsus mağazadan açar seçmə yolu ilə 90 manat pul, rəqəmsal kameralar üçün 1 ədəd yaddaş kartı və 2000 manat dəyərində tütün məmulatları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov