21 Dekabr 2020 14:12
4 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda qadına təcavüzdə ittiham olunan 1955-ci il təvəllüdlü İldırım Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İldırım Osmanov 2018-ci ildə Ucar rayonu Qaradağlı kəndində evinin qarşısından keçən psixi xəstəlikdən əziyyət çəkdiyini bildiyi həmkəndlisi Məlahət Vəliyevanı (ad və soyad şərti verilib – red.) görüb, onu cinsi əlaqədə olmaq məqsədilə evinə çağırıb.

Psixi xəstə qadına təcavüz

İldırım Osmanov arvadı və qızının Ucar şəhərinə ona məxsus plastik kartdan pensiya pulunu çıxarmağa getmələri səbəbindən yaşadığı evdə heç kimin olmamasından istifadə edib, Məlahət Vəliyevanı evin mətbəx əvəzi olan otağına apararaq ona cinsi əlaqədə olmağını təklif edib. Məlahət Vəliyeva təklifə etiraz edib.

Bu zaman İldırım Osmanov Məlahət Vəliyeva ilə zorla cinsi əlaqədə olub. Məlahət Vəliyeva bu təcavüz olayından hamilə qalıb və 2019-cu ildə oğlan uşağı dünyaya gətirib.

İldırım Osmanovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

“Qırx nəfərin arasından məni...”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İldırım Osmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Qeyd edib ki, 64 yaşı var, 5 uşaq atasıdır: “Bu illər ərzində heç bir cinayət məsuliyyətinə cəlb olunmamışam. Zərərçəkmiş şəxs 14 yaşından küçələrdə gəzib, pozğunluqla məşğul olub və ailəsinin maddi ehtiyaclarını təmin edib. Onu kənddə hamı tanıyır. Hər gün səhər saat 4-də küçəyə çıxır, axşam mağazaya gəlib corabından pullar çıxardaraq ərzaq məhsuları alır.

İbtidai istintaqda 40 nəfər çağırıldı, onların hamısından DNT analizi götürüldü. Axırda məndən DNT analizi götürüləndə uşağın mənə aid olduğunu bildirdilər”.

“3 manat nəzir pulu vermişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, uşaq doğulanda uşağın ondan olduğunu deməyiblər: “Uşaq anadan olanda məni heç bir məsuliyyətə cəlb etməyiblər. 8 ay keçəndən sonra məni polis şöbəsinə apardılar. Müstəntiqin yazdığı ifadələrə qol çəkdirdilər.

Həmin gün zərərçəkmiş şəxs evimə pul almaq məqsədi ilə gəlib, mən ona heç bir əxlaqsız hərəkət etməmişəm. Onunla cinsi əlaqəda olmamışam, əksinə, həmin gün özüm zorakılığa məruz qalmışam.

Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağımı təklif etsə də, iyrəndiyim üçün imtina etmişəm. Həmin qadın bizim evinə gələndə ona 3 manat nəzir pulu kimi vermişəm”.

İbtidai istintaqa fərqli ifadə: “Məni ehtiraslandırdı”

İldırım Osmanov qeyd edib ki, zərərçəkmiş şəxsi zorlamayıb, doğulmuş uşaq onun deyil.

Buna baxmayaraq İldırım Osmanov ibtidai istintaq zamanı video çəklişlə və vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü elan edilmiş ittiham üzrə təqsirli bilib. O, həmin ifadəsində qeyd edib ki, eşitmə qabiliyyətində qüsur olduğuna görə 3-cü qrup əlil kimi aylıq 200 manat pensiya alır:

“Hər ayın 20-si pul köçürülür. Bankomat qarşısında sıx növbə olduğu üçün köçürülmədən 1-2 gün sonra arvadım Ucar şəhərinə gedib. Kartdan pulu çıxarıb, bazarlıq edərək evə qayıdıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü arvadı və qızı Ucar şəhərinə kartdan pulu çıxarmaq və bazarlıq etmək üçün gediblər: “Saat 10 radələrində Məlahət yaşadığım evə gələrək arvadımı çağırdı. Ona arvadım və qızımın Ucar şəhərinə getdiyini bildirdim. Məlahət cinsi əlaqədə olmağı təklif edərək qarşılığında 3 manat pul istədi.

Onunla cinsi əlaqədə olduqdan sonra 3 manat verməyə razılaşdım. Məlahət yaxınlaşaraq əynimdəki şalvarı çıxardı və məni ehtiraslandırdı. Sonra öz şalvarını soyundu, əlaqədə olduq. Təxminən 2 dəqiqə çəkdi, cinsi akt başa çatdı. Bundan sonra Məlahət öz evinə getdi”.

İldırım Osmanovun sözlərinə görə, saat 13 radələrində arvadı və qızı evə qayıdıblar: “Arvadımdan mənə siqaret alıb-almadığını soruşdum, yox cavabı verdi. Ona görə də siqaret pulu adı ilə 3 manat aldım və həmin gün pulu saat 19 radələrində küçədə gördüyüm Məlahətə verdim. Ondan sonra Məlahət ilə hər hansı münasibətim olmayıb”.

“Məlahətlə yalnız bir dəfə...”

İldırım Osmanov ifadəsində bildirib ki, 2019-cu ilin fevral ayında Məlahətin hamilə olması barədə kənddə söz-söhbət yayılıb: “Yaşlı olduğum üçün mənimlə cinsi əlaqə zamanı Məlahətin hamilə qalacağına ümid etməmişdim.

Həmçinin Məlahətin öz ailə üzvlərinə əvvəlcə Ələmdar Paşayevin, daha sonra isə Ayaz Orucovun adını verməsi məni arxayın salmışdı. Ona görə də istintaq orqanına etdiyim cinayət barədə məlumat vermədim.

Uzun müddət bir məhlədə yaşadığım üçün Məlahətin psixi xəstəliyindən məlumatım olub. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspert rəyinə əsasən Məlahətin 2019-cu ildə dünyaya gətirdiyi uşağın bioloji atasının olmağım barədə ekspert rəyi ilə razıyam. Əvvəllər, həmçinin hazırda cinsi əlaqədə olma qabiliyyətimə təsir edən hər hansı xəstəlikdən əziyyət çəkməmişəm.

Sadəcə yaşımla əlaqədar olaraq məndə ereksiya vəziyyəti çətinliklə yaranır. Məlahətlə yalnız bir dəfə təbii yolla cinsi əlaqədə olmuşam. Məlahətə qarşı hər hansı hədə-qorxu gəlməmişəm, cinsi əlaqədə olan zaman zor tətbiq etməmişəm. Zor tətbiq etməklə hədələmişəm. Razılaşdığımız şəkildə cinsi əlaqədə olaraq qarşılığında ona 3 manat pul vermişəm”.

“Zorla mənimlə cinsi əlaqədə oldu”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət Vəliyeva bildirib ki, 2018-ci ilin yadında olmayan ayında günorta saatlarında evə qayıdarkən küçədə təqsirləndirilən İldırım Osmanov onu görüb və işlə əlaqədar evinə çağırıb: “İldırım məni yaşadığı evə apardı və cinsi əlaqədə olmağı təklif etdi. Onun sərxoş olduğunu hiss etdim və cinsi əlaqədən imtina etdim.

Etirazıma baxmayaraq İldırım məni zorla yerə yıxaraq əynimdən şalvarımı çıxardı, zorla mənimlə cinsi əlaqədə oldu. Əli ilə ağzımdan tutdu ki, qışqıra bilməyim”.

“Şikayətçiyəm”

Məlahət Vəliyevanın sözlərinə görə, İldırım Osmanovıa cinsi əlaqədə olması barədə heç kimə bir söz deməyib: “2019-cu ilin fevral ayında hamilə qalmağımdan şübhələndiyi üçün anam məni kənd həkim məntəqəsinə apardı. Həkim hamilə olduğumu müəyyən etdi. Sonra evə gedib bu barədə ailə üzvlərimə məlumat verdi.

İldırımın arvadının münaqişəyə meylli insan olmasından qorxduğum üçün cinsi əlaqə barədə heç kimə məlumat vermədim. Mənimlə ilk əvvəl Ələmdar Paşayev, daha sonra isə Ayaz Orucov cinsi əlaqədə olub.

Hamiləliyin nəticəsi üzrə 2019-cu ildə Ucar rayon Mərkəzi Xəstəxanasında oğlan övladım dünyaya gəlib və yeni doğulmuş uşaq ölüb. Təqsirləndirilən şəxs mənimlə ancaq bir dəfə Qaradağlı kəndində evində təbii yolla cinsi əlaqədə olub. Dünyaya gətirdiyim övladın bioloji atası İldırımdır. Ondan şikayətçiyım”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İldırım Osmanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İldırım Osmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çxıarılmasını istəyib. Şikayət Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İmanverdi Şükürovun icraatına verilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. İldırım Osmanovun şikayət təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər