21 Oktyabr 2014 17:37
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Sevinc Hüseynovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 48 yaşlı Sevinc Hüseynova Binəqədi rayonu ərazisində Musabəyov küçəsi bina 6, mənzil 32 ünvanında yaşayan tanışı, 43 yaşlı Yasəmən Salıyevanı öldürüb.

Sevinc Hüseynova 30 mart 2014-cü ildə tanışı Yasəmənin mənzilinə gəlib. Onlar həmin vaxt mübahisə edib. Şəxsi münasibətlərin pozulması zəminində Sevinc Yasəməni öz corabı ilə boğaraq qətlə yetirib. Rəfiqəsinin öldüyünü görən Sevinc Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək könüllü təslim olub.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Yasəmən Salıyeva ilə onu boğaraq qətlə yetirən Sevinc Hüseynova yaxın rəfiqə olublar. Onlar mütəmadi olaraq bir-birinin evinə qonaq gediblər. Hadisə baş verən gün isə Sevinc rəfiqəsinin evinə qonaq gedib. Yasəmənin mənzilində mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi başı ilə Sevincə kəllə atıb. Əsəbləşən Sevinc mənzildəki qadın corabını götürərək rəfiqəsini boğub.

Yasəmən Salıyeva Qarabağ müharibəsi iştirakçısı olduğundan məhəllədə bir qədər ağır qadın kimi tanınırdı. 3-cü qrup əlil olan mərhum müharibədən sonra sürücülüklə məşğul olub.

Sevinc Hüseynova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, törətdiyi cinayət əməlini etiraf edib. O, daha sonra qeyd edib ki, Yasəmənlə uzun müddətdir rəfiqə olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər