30 Dekabr 2020 19:14
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində qeydiyyatda olmayan sərnişini paytaxta gətirən sürücü inzibati qaydada həbs edilib.

Bu barədə Teleqraf.com-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan sürücülərə çox təəssüf ki, hələ də rast gəlinməkdədir.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnziabati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də sərnişin karantin qaydalarını pozduqları üçün 1 ay müddətində inzibati qaydada həbs ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər