Bakıda qətl törətməkdə təqsirli bilinən Kamran Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Xətai rayonu ''NZS'' qəsəbəsi İlham Məmmədov küçəsində Kamran Ələsgərov Orxan Yusiflini döyərək öldürüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edilib və o saxlanaraq istintaqa cəlb edilib.
Məlum olub ki, qətl hadisəsi pul bprcu üstündə yarana mübahisə zəminində baş verib.
İstintaq orqanı tərəfindən Kamran Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.