7 Yanvar 2021 11:37
2 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1970-ci il təvəllüdlü Söhrab Eyyubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Zərdab rayonunun Şahhüseynli kəndində fərdi yaşayış evində Söhrab Eyyubov 2016-cı il iyunun 6-da qızının nişan mərasimində qonaq olan 2002-ci il təvəllüdlü Məlahət Nəbiyeva (ad və soyad şərti verilib – red.) ilə təbii yolla cinsi əlaqədə olib.

Daha sonra o, həmin il avqustun 26-da qızının toy mərasimində yenə də öz evində, 2018-ci ilin may ayında isə onun yaşadığı evdə Məlahət Nəbiyeva ilə təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Söhrab Eyyubov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Zərdab rayon Məkəməsinin hökmü ilə Söhrab Nəbiyev 2 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş və onun qanuni nümayəndəsi apelyasiya şikayəti verib, Söhrab Eyyubovun cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmiş qeyd edib ki, Söhrab Eyyubov ona təcavüz edən zaman hədə-qorxu gəlib, bu barədə heç kimə bir söz deməməsini tapşırıb. Bundan başqa, Söhrab Eyyubovun da müdafiəçisi apelyasiya şikayəti verib, təqsirləndirilənin günahsız olduğunu iddia edib.

Müdafiəçi qeyd edib ki, məhkəmə tərəfindən işə obyektiv, hərtərəfli yanaşılmayıb, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib. Söhrab Eyyubov Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmək niyyəti olmayıb: “13 yaşlı qızın xeyir iş olduğu evdə qızlıq pərdəsinin tamlığı pozulması və bu olanlardan nişana gələnlərin heç birinin xəbərinin olmaması, sonradan 13 yaşlı həmin qızın heç nə olmamış kimi tam sərbəst və sağlam vəziyyətdə, yəni, heç bir ağrısız məclisdə iştirak etməsi nişan diskində əks olunub.

Video-görüntüdən də görünür ki, xeyir iş olan həyət və ev bütünlüklə gəlib-gedənlərlə, qonaqlarla dolu olub. Otaqlar həmin gün daim girişli-çıxışlı olub ki, bu vəziyyətdə nəinki cinsi əlaqə, heç gizli söhbət də mümkün deyildir”.

Müdafiəçi daha sonra qeyd edib ki, işdə başqa bir ziddiyyət də var: “Ziddyyət odur ki, xeyir iş olan həmin gün Məlahət Nəbiyeva səhərdən axşama qədər nişana gələn qonaqların içərisində olub, danışıb-gülüb, hətta oynayıb, vəziyyətində heç bir qeyri-adilik müşahidə edilməyib. Eyni zamanda, məhkəmə-tibbi ekspertizasının 11 mart 2019-cu il tarixli, 39 nömrəli rəyində göstərilib ki, Məlahət Nəbiyevanın bədən səthində hər hansı bir xəsarət aşkar olunmayıb, qızlıq pərdəsinin tamlığı pozulub, müddəti müayinədən 2-3 həftə əvvələ uyğundur.

Ona görə də, tam əminliklə belə qənaətə gəlmək olur ki, Məlahət Nəbiyevanın qızlıq pərdəsinin tamlığı 2015-ci ilin dekabr ayında və yaxud 2016-cı ilin yay aylarında Söhrab Eyyubov tərəfindən deyil, 2019-cu ilin fevral ayında zərərçəkmiş tərəfin şüurlu olaraq planlı şəkildə istintaqdan gizlətdiyi qeyri bir şəxs tərəfində pozulub. Bütün bunlar bir daha onu göstərir ki, məhkum Eyyubov qərəzli olaraq şərin və böhtanın qurbanı olub”.

Müdafiçi şikayətində Söhrab Eyyubovun barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Məlahət Nəbiyevanın şikayəti təmin olunub. Söhrab Eyyubovun barəsində olan 2 il azadlıqdan məhrum etmə cəzası 3 ilə qədər artırılıb.

Söhrab Eyyubovun müdafiəçisinin şikayəti isə təmin olunmayıb.

Bu qərardan narazı qalan məhkumun vəkili kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Söhrab Eyyubovun müdafiəçisinin verdiyi kasasiya şikayəti də təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər