Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb.
Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov