Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsi Z.Tağıyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Vitaliy Aydarov döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Mudryonov tutulub.
Qeyd edək ki, Vitaliy Aydarov 2013-cü ilin aprelin 3-də də bıçaqlanmışdı. Həmin vaxt əvvəllər məhkum olunmuş paytaxt sakini Ramin Əliyev Vitaliy Aydarovu bıçaq xəsarəti yetirmişdi. Ramin Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib.
Hacı Zeynalov