Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Shacman" markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a verilən məlumatına görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.