14 Yanvar 2021 10:27
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik alveri ilə məşğul olmaqda ittiham olunan 1962-ci il təvəllüdlü Vəliməmməd Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Vəliməmməd Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vəliməməmməd Tağıyev Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın və Əmircan qəsəbəsindəki evindən isə 571 qram marixuana aşkarlanıb.

İstintaq orqanı tərəfindən Vəliməmməd Tağıyevin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər