15 Yanvar 14:44

Hüquq-mühafizə orqanları əməkdaşları Sumqayıt şəhərində narkotik maddələrin satışı ilə məşğul olan narkobaronu yaxalayıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.


Müəllif: Teleqraf.com