Xızıda qohumunu güllələməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Teleqraf.com-un məlumatına görə, cinayət işi baxılmaq üçün Xızı rayon məhkəməsinə göndərilib. Prosrsə sədrlik Xızı rayon məhkəməsinin hakimi Rəşad Qoşqarlıya tapşırılıb.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Rauf Fərzəliyev aralarında baş vermiş mübahisə nəticəsində ov tüfəngi ilə dayısı Vahid Əhmədovu güllələyib.