Bakının Nizami rayonunda tikintidə faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə H.Əliyev prospektində aparılan tikintidə qeydə alınıb.
Qaldırıcı qurğunun kanatı qırıldığından orada işləyən Yardımlı rayon sakini Rüfət Alıyevin və Bakı şəhər sakini Kamran Mustafayevin üstünə düşüb. R.Alıyev hadisə yerində ölüb, K.Mustafayev isə xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov