Türkiyədə 4 nəfər qarət və təcavüzə görə həbs olunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada 2-si xarici əsilli olmaqla 4 nəfərlik təcavüzkar qrup əvvəl gözəllik salonuna, sonra isə evə basqın edib.
Polisin verdiyi məlumata görə, qrup üzvlərindən 2-si - M.A və B.B türk, G.B gürcü, N.E isə Suriya əsillidir. Qruplaşma əvvəl gözəllik salonunu hücum edib. Müqavimət göstərənləri zərərsizləşdirən qəsbkarlar qadın işçiyə təcavüz etməyə çalışıblar. Onlar qadının “kömək edin” deyə fəryad qoparmasından sonra salonda olan 6 telefon və noutbuku götürüb qaçıblar.
Təcavüzkarlar 5 saat sonra Qızılayda olan “gecəqonduya”basqın ediblər. Evdəki 4 qadın və 1 kişini girov götürən təcavüzkarlar Y.Y adlı kişini döyüblər. Daha sonra M.E, E.E, K.A, E.A adlı qadınlara da təcavüz edərək 1500 TL( təxminən 580 AZN) pulu və cib telefonlarını götürüblər.
Döydükləri Y.Y adlı kişi ilə M.E adlı qadını evdə qoyan təcavüzkarlar digər üç qadını zorla köhnə bir fabrikə aparıblar. Burada da qadınlara növbə ilə təcavüz etdikdən sonra evə qaytarıblar.
Hadisə ilə bağlı xüsusi əməliyyat keçirən polis silahlı qruplaşmanı həbs edib. Təcavüzkarların üzərindən 1 ədəd tapança və 4 bıçaq götürülüb.
Rüstəm