Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.
Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilib.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əliyev Xəzər rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq, yaşadığı Buzovna qəsəbəsi Albalı bağlar sahəsindəki evdən isə 5 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.