Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Simuzər İbrahimovanın cinayət işi bağlı məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, 2012-ci ilin sentyabrda özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.
Nəsimi Rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova tutulub.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.
Hacı Zeynalov