“Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Taryel Qasımovun cinayət işi üzrə məhkəmə baxışı üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.
Taryel Qasımova il 5 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.
Onun cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.
Taryel Qasımovun barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.